0%

Ən yaxşı təcrübə üçün zəhmət olmasa cihazınızı şaquli (portrait) vəziyyətə gətirin.

İnfrastruktur

Yaşıl Landşaft

Nəbatat Bağından ilham alan landşaft qapalı və təhlükəsiz bir aləm təqdim edir. Ağaclar, çəmənliklər və gəzişmə yolları arasında uşaq oyun meydançası, padel tennis kortu və kölgəli qazebolar yerləşir. Hər addımda təbiət, hər küncdə açıq havanın sakit nəfəsi sizi qarşılayacaq.

7/24 Market

Gündəlik ehtiyaclar üçün şəhərə çıxmağa ehtiyac yoxdur. Kompleksin daxilindəki market gecə-gündüz, həftənin bütün günləri açıqdır. Rahatlıq sadəcə bir lift məsafəsində olacaq.

Gözəllik Salonu

Özünüzə qulluq etmək üçün ən rahat ünvan elə yaşadığınız yerdədir. Müasir gözəllik salonu peşəkar xidmətləri ilə hər gün özünüzü xüsusi hiss etməyiniz üçündür.

Aptek

Sağlamlığınız üçün lazım olan dərmanlar və tibbi vasitələr kompleksin daxilində yerləşən aptekdə hər zaman əlçatandır. Təcili ehtiyaclarınız üçün uzağa getməyə ehtiyac qalmır.

Kiçik Sakinlərin Böyük Macərası
Burada Başlayır.

Uşaqlar üçün xüsusi düşünülmüş oyun və inkişaf məkanları balalarınıza təhlükəsiz, əyləncəli və yaradıcı mühit təqdim edir. Burada hər gün yeni bir macəra ilə başlayır.

Parametrlərə
görə seç

Vizual axtarış

Vizual axtarış

Botanica Residence