0%

Ən yaxşı təcrübə üçün zəhmət olmasa cihazınızı şaquli (portrait) vəziyyətə gətirin.

Təbiətlə
Harmoniyada Yaşa

Rənglər içində
şəhər həyatı

Botanica Residence Bakıda premium yaşayış tərzinə yeni bir səviyyə gətirərək, təbiətlə şəhərin dinamik ritmi arasında mükəmməl ahəng yaradır.

Layihə haqqında
Dizayn imzası

Botanica Residence-in memarlıq konsepsiyası dünya şöhrətli Britaniya şirkəti Chapman Taylor tərəfindən hazırlanıb.

1959-cu ildən bəri fəaliyyət göstərən şirkət mükafatlara layiq görülmüş memarları, şəhərsalma mütəxəssisləri və interyer dizaynerləri ilə dünyanın aparıcı developerləri və investorları üçün layihələr həyata keçirir. Beynəlxalq təcrübəsi olan Chapman Taylor hər layihəyə "yaxşı dizayn" prinsipi ilə yanaşır — forma ilə funksiyanı tarazlayan, məqsədinə həqiqətən xidmət edən məkanlar yaradır.

Şəhərin enerjisi
Təbiətin sakitliyi

Kompleksin dörd əzəmətli binasından Mərkəzi Botanika Bağına açılan maneəsiz panoramik mənzərə sakinlərə şəhərin içində unikal təbiət hissi bəxş edir.

1,8 hektarlıq zövqlə abadlaşdırılmış yaşıl ərazidə yerləşən Botanica Residence şəhər həyatının bütün üstünlüklərini hüzur dolu atmosferlə bir araya gətirərək ideal yaşam mühiti yaradır.

Kommersiya Sahələri

Fitnes klubu, kafe, market və gözəllik salonu — komfortlu həyat üçün lazım olan hər şey bir araya gətirilib.

Daha çox məlumat

Geniş və işıqlı qarşılanma məkanı Botanica Residence-in yüksək həyat standartlarını əks etdirən ilk təəssüratı formalaşdırır.

Geniş yeraltı avtodayancaq
430 parklanma yeri ilə təmin olunmuşdur

1,8 hektarlıq zövqlə abadlaşdırılmış yaşıl ərazidə yerləşən Botanica Residence şəhər həyatının bütün üstünlüklərini hüzur dolu atmosferlə bir araya gətirərək ideal yaşam mühiti yaradır.

Vizyonla qurulub
Güvənlə qorunur

Layihə beynəlxalq standartlara uyğun yüksək tikinti keyfiyyəti ilə seçilir. Kompleks müasir KONE liftləri, enerji səmərəli pəncərə sistemləri və mərkəzləşdirilmiş istilik infrastrukturu ilə təchiz edilmişdir.

24/7 təhlükəsizlik, video nəzarət və Face ID giriş sistemi ilə təmin olunan ərazi, zərif landşaft dizaynı, istirahət zonaları, müasir uşaq meydançaları və padel kortu ilə sakinlərə yüksək komfort və seçilmiş həyat tərzi təqdim edir.

TƏBİƏTLƏ QONŞU YAŞAMAQ

BAKININ MƏRKƏZİNDƏ, YAŞILLIĞIN QOYNUNDA

Botanica Residence Bakının Mərkəzi Nəbatat Bağının lap yanında ucalır. Yüzlərlə bitki növünün, əsrlik ağacların və təmiz havanın qoynunda — şəhərin ritmindən qopmadan təbiətlə nəfəs almaq imkanı. Burada təbiət sadəcə mənzərə deyil — memarlıqla qovuşaraq evinizin bir parçasına çevrilir. O, səhər gəzintilərinizdə, ailə görüşlərinizdə sizə sakit bir fon, daimi bir yoldaş olur. Bu yaxınlıq sadəcə bir ünvan üstünlüyü deyil, hər günü fərqli edən bir həyat tərzidir.

Yerləşmə

Botanica Residence Bakının Mərkəzi Nəbatat Bağının lap yanında ucalır. Yüzlərlə bitki növünün, əsrlik ağacların və təmiz havanın qoynunda — şəhərin ritmindən qopmadan yaşamaq imkanı yaradır.

  • 5dəq

    Botanika bağı
  • 10dəq

    Alov qüllələri
  • 20dəq

    İçərişəhər
  • 20dəq

    Bakı Bulvarı
Incredible branded’s store accessory 8bags Fashion Hub has opened

The store offers a wide selection of quality bags and accessories, and here you can choose wallets, belts, ..

14 october 2023 / 16:10
Disabled mum left in Ipswich Empire Cinema during evacuation

Michelle Emmerson-Grey went to the Empire Cinema in Ipswich on Sunday with her mum, who has limited mobility.

16 october 2023 / 14:10
Brands are sending retail trucks to residential colonies to boost sales

The retail sector is yet to recover from the sales slump due to the pandemic, but as footfalls continue to remain low ..

12 october 2023 / 14:16

Sorğu göndərin

Parametrlərə
görə seç

Vizual axtarış

Vizual axtarış

Botanica Residence