0%

Ən yaxşı təcrübə üçün zəhmət olmasa cihazınızı şaquli (portrait) vəziyyətə gətirin.

Şəhərin enerjisi Təbiətin sakitliyi

4

Müasir yaşayış binası:
— İki 18 mərtəbəli bina
— İki 22 mərtəbəli bina

363

Mənzillərin ümumi sayı

4

321 m² başlayan Penthauslar

1.8 hektar

Abadlaşdırılmış yaşayış sahəsi

PMD GROUP TƏRƏFDAŞLIĞI İLƏ

PMD Group və Kensington yüksək keyfiyyət, innovasiya və etibarlılıq prinsiplərinə əsaslanaraq müasir yaşayış məkanları yaradır. Məqsədimiz memarlıq mükəmməlliyini, funksionallığı və uzunmüddətli investisiya dəyərini bir araya gətirən layihələr təqdim etməklə sakinlər və investorlar üçün davamlı dəyər formalaşdırmaqdır.

    • Gəzinti yolları və geniş yaşıllıq sahələri

    • Uşaq oyun meydançası

    • Padel kortu

    • Kafe və market

    • Gözəllik salonu

    • 24/7 resepsiyon və konsyerj xidməti

    • 24/7 mühafizə xidməti

    • Ağıllı təhlükəsizlik sistemləri

    • Elektromobil enerji dolumu məntəqəsi

    • Yeraltı avtodayanacaq

    • Uşaq bağçası

    • Velosiped dayanacağı

Vizyonla qurulub
Güvənlə qorunur

Layihə beynəlxalq standartlara uyğun yüksək tikinti keyfiyyəti ilə seçilir. Kompleks müasir KONE liftləri, enerji səmərəli pəncərə sistemləri və mərkəzləşdirilmiş istilik infrastrukturu ilə təchiz edilmişdir.

24/7 təhlükəsizlik, video nəzarət və Face ID giriş sistemi ilə təmin olunan ərazi, zərif landşaft dizaynı, istirahət zonaları, müasir uşaq meydançaları və padel kortu ilə sakinlərə yüksək komfort və seçilmiş həyat tərzi təqdim edir.

BRENDİN FƏLSƏFƏSİ

Botanica Residence Bakıda premium yaşayış tərzinə yeni bir səviyyə gətirərək, təbiətlə şəhərin dinamik ritmi arasında mükəmməl ahəng yaradır. 1,8 hektarlıq zövqlə abadlaşdırılmış yaşıl ərazidə yerləşən Botanica Residence şəhər həyatının bütün üstünlüklərini hüzur dolu atmosferlə bir araya gətirərək ideal yaşam mühiti yaradır.

Rahatsəmərəli
mənzil planlaşdırılması

Botanica Residence - 18 və 22 mərtəbəli 4 müasir yaşayış binasından ibarət olan, ümumilikdə 363 mənzili özündə birləşdirən premium yaşayış kompleksidir.

Layihədə 1, 2, 3 və 4 otaqlı mənzillərlə yanaşı, eksklüziv penthaus seçimləri də təqdim olunur.

Hər bir mənzil geniş və funksional planlaşdırılması, yüksək keyfiyyətli tikinti materialları və müasir memarlıq həlləri ilə seçilir. İnteryer dizaynında rahatlıq, sadəlik və estetik harmoniya əsas götürülüb.

Zərif dizayn həlləri zaman keçdikcə öz dəyərini və cazibəsini daha da artırır. Hər bir ev həyatın ritmi ilə ahəng təşkil edərək sakinlərinə komfort, istirahət və hüzur dolu premium yaşam bəxş edir.

Hər addımda ağac, hər küncdə təbiətin sakit nəfəsi

  • Geniş, qapalı və yaşıl həyət
  • Uşaq oyun meydançası
  • Padel tennis kortu
  • Gəzişmə yolları
  • Kölgəli bisetkalar
  • Ağaclar, kollar və çəmənliklər

Parametrlərə
görə seç

Vizual axtarış

Vizual axtarış

Botanica Residence